Art
Xalq artisti Murad Kajlayev VƏFAT ETDİ - FOTO
Tanınmış bəstəkar, Rusiya Federasiyasının Əmək qəhrəmanı, SSRİ-nin Xalq artisti Murad Kajlayev vəfat edib.
Publika.az Dağıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bəstəkar Dağıstanda 92 yaşında dünyadan köçüb.
Tanınmış bəstəkar çoxsaylı əsərlərin, o cümlədən baletlərin, simfoniyaların, film və teatrlar üçün musiqilərin müəllifidir. Onun caz əsərləri məşhur Dük Ellinqton orkestrinin ifasında səsləndirilib.
Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda tibb professorunun ailəsində dünyaya gəlib. O, Azərbaycan Dövlət Konservatoriyasında Boris Zeydman kompozisiyası üzrə sinfi bitirib, Qara Qarayevin tələbəsi olub. Dirijor Kajlayev təcrübəni maestro Niyazinin yanında keçib. Müxtəlif illərdə Dağıstan radiosunun simfonik orkestrinin baş dirijoru, Dağıstan Dövlət Filarmoniyasının bədii rəhbəri, Ümumittifaq Radio və Mərkəzi Televiziyanın estrada-simfonik orkestrinin baş dirijoru olub. 1963-cü ildən Dağıstan MSSR-in Bəstəkarlar İttifaqının idarə heyətinin sədri olub.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































