Art
Qalatanın sirləri İtaliya arxivlərindən çıxdı
Tarixi Qalatanın yeni arxivləri üzə çıxıb. “Utopiya adası: Qalata” sənədli filmində üzə çıxan yeni sənədlər arasında tarixi bölgədə pay almaq üçün Venesiya və Genuya müharibəsi, həmçinin Ərəb məscidinin tikintisi və Jan-Jak Russo və Servantes haqqında naməlum faktlar var.
Publika.az xəbər verir ki, İstanbulun gizli xəzinəsi sayılan Qalata haqqında diqqəti çəkən məlumatların yer aldığı xüsusi sənədli film hazırlanıb. İstanbul və Qalatanın minlərlə illik bənzərsiz tarixindən bəhs edən “Utopiya adası: Qalata” adlı sənədli filmdə indiyə qədər bilinməyən məlumat və arxiv sənədləri ilk dəfə yer alıb. İstehsalı 2 il çəkmiş və İtaliyanın Genuya və Venesiya şəhərlərində, həmçinin Nyu-York və İstanbulda çəkilmiş sənədli film, sənətkar Matrakçı Nasuhun məşhur İstanbul miniatürünün müşayiəti ilə Qalata və İstanbulun bənzərsiz tarixindən bəhs edir. İtaliya Dövlət Arxivində olan naməlum sənədlər də bura daxildir.
Sənədli filmdə ilk dəfə olaraq Fransa İnqilabının liderlərindən biri olan J. Jak Russodan Andre Şenyey, Don Kixotun müəllifi Servantes və ABŞ-da qaradərili hərəkatın öncüllərindən biri olan Ceyms Balvinə qədər bir çox beynəlxalq adın Qalata ilə təəccüblü əlaqələri yer alır.

Genuya və Venesiya dövrünə aid əsərlər xilas olunmağı gözləyərkən, İstanbulun Qalatasında gizli bir tarix var.
Yeni nəşr olunan arxiv sənədlər arasında ən diqqət çəkənlərdən biri Fransa inqilabının liderlərindən olan Jan-Jak Russonun atası İsaak Russoya məxsus sənədlərdir. Sənədli filmdə Osmanlı saraylarında çalışan və 1705-1711-ci illər arasında Qalatada yaşayan İsaak Russonun o dövrdə şəhərin ən məşhur saat ustası olduğu açıqlanır və onun yaşadıqları da tamaşaçılara çatdırılır.

Məşhur yazıçı Servantes İstanbulda 3 il məhbus olaraq qalmalı olub.
Sənədli filmdə Don Kixotun müəllifi Servantes haqqında naməlum arxiv məlumatları da diqqəti cəlb edir. Lepanto döyüşündə Osmanlı əsgərlərinə qarşı döyüşə qatılan və müharibə zamanı qolunu itirən Servantesin əsir olaraq gətirildiyi İstanbuldan bəhs edən sənədli filmdə yeni sənədlər üzə çıxır. Servantesin 3 il İstanbulda məhbus həyatı yaşadığı və bu müddət ərzində Kılıç Əli Paşa məscidinin tikintisində fəhlə işlədiyi barədə arxivlərdən məlumat verilir.

Bu gün genuyalılardan qalan divarlar acınacaqlı vəziyyətdədir və xilas olunmağı gözləyir.
Sənədli filmdə diqqət çəkən məlumatlar arasında Qalata qalası və Qalata divarlarının inşası ilə bağlı dövrə aid rəsmlər də yer alır. Bu gün yox olmaq üzrə olan divarların əsl hekayəsi və Arap məscidi ilə bağlı mübahisəli sənədlər də “Utopiya adası: Qalata” sənədli filmində əksini tapanlar arasındadır.
Aysel Şahmar
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































