Art
Türkiyəli dramaturqun məşhur əsəri Bakı səhnəsində oynanılacaq
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
Bu barədə Publika.az-a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.
Musiqili melodram kimi hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.
İlk baxışdan sadə görünən tamaşanın əslində dərin mənaları var. İnsanların ailə və cəmiyyət içərisində özlərini tənha hiss etmələri, ömrü boyu ideal sevgi və xoşbəxtlik axtarışında olmaları çox vaxt onlara xəyal qırıqlığı yaşadır.
Kənardakılara xoşbəxt ailə kimi görünməklə, əsl xoşbəxtlik arasında böyük uçurumun olduğunu üzə çıxır...
Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət?
"Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edəcək.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatıçısı Əmrah Dadaşovdur, video görüntüləri isə Murad Həsənov hazırlayıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































