Art
Həmişə eyni yaşda olan 75 yaşlı İlham Namiq Kamal
Onun adı çəkiləndə istər-istəməz üzdə gülüş, gözlərdə təbəssüm yaranır. O, bizim dünənimizdir, həm də bu günümüz. O, həm də ən sonucu mogikanlarımızdan biridir. Bu gün 75 yaşını qeyd edir, Xalq artisti İlham Namiq Kamal. Elə bu münasibət ilə zəng edib sənətkarı təbrik etmək istədim. Nəticədə 3 dəqiqəlik çox qısa, amma bir o qədər də maraqlı, məzəli söhbətimiz baş tutdu.
Publika.az həmin müsahibəni sizə təqdim edir.
- Salam, İlham müəllim. Özünüzü yeni yaşınızda necə hiss edirsiniz?
- Yeni yaşım deyəndə, həmişə məndə bu yaş var da...
- Yaş üstünə yaş gələndə hər insan bir cür qəbul edir bunu. Siz necə?
- Məndə üstündən düşür, yaş üstünə yaş gəlmir. (gülürük)
- İndi neçə rəqəm aşağı düşdü?
- Mənə elə gəlir ki, 5-6 yaş gerilədi. (gülür)
- Yaxşı, onda sualıma düzəliş edim, bu gün İlham müəllim özünü neçə yaşında hiss edir?
- Hələ anadan olmamışam. (gülürük)

- İlham müəllim tetarda işlər necə gedir? Nə yenilik, nə xəbər var?
- İşlər yaxşı gedir. Yeni tamaşaların məşqləri gedir. Bu yaxınlarda Yuli Qusmanın 80 illiyi ilə əlaqədar “Qorxma, mən səninləyəm!” yubiley tamaşasını nümayiş etdirdik. Teatrın baş rejissoru Cavid İmamverdiyev quruluş verib bu səhnə əsərinə. Hazırda özüm yeni bir musiqili komediya üzərində işləyirəm. Səhnə əsərinin musiqisi Oktay Rəcəbova, librettosu mənə aiddir. Hazırda məşq prosesi gedir.
- Necə gedir məşqlər? Nə vaxta planlaşdırılır səhnə əsərinin premyerası?
- Əvvəldən danışanda yaxşı olmur deyirlər. Tamaşa hazır olsun, sonra ətraflı danışacam.
- Bu gün ilk sizi kim təbrik edib?
- Bu gün səhər məni ilk təbrik edən İctimai Televiziyanın direktoru Balakişi Qasımov oldu. Fürsətdən istifadə edib, ona təşəkkür edirəm.

- Doğum günündə İlham Namiq Kamal özünə nə arzulayır?
- Özümə təmiz hava arzulayıram. (gülür)
Havanız da, ətrafınız da, gələcək illəriniz də təmiz, aydın, işıqlı olsun, dəyərli sənətkar! Doğum gününüz mübarək!
Cəmilə Hətəmxanova
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək






.jpg)
.jpg)

.jpg)








.jpg)





.jpg)













