Art
Vahid Əzizlə gənclərin görüşü keçiriləcək
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək.
Birliyin Mətbuat xidmətindən Publika.az-a məlumat verilib ki, tədbir 30 yanvar, saat 15:00-da Bakı Kitab Mərkəzində keçiriləcək. Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə xalq şairi Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, cəmiyyətdə ədəbi dəyərlər və Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.
Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində yaradıcı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/iBEIM
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

















.webp)




















