Art
Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək
“Emmy”nin 10 mükafatına sahib olan “Çernobıl” serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək.
Publika.az xəbər verir ki, filmdə baş rolu “Saltburn” və “The Banshee of İnisherin” filmlərinin ulduzu Barry Keogan canlandıracaq. O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni mühafizə edən amerikalı əsgəri canlandıracaq.

Film Uill Bardenverperin “Öz sarayının məhbusu: Səddam Hüseyn, onun amerikalı mühafizəçiləri və tarixin danışılmamış qalanları” (“The Prisoner in His Palace: Saddam Hussein, His American Guards, and What History Leaves Unsaid”) kitabının sərbəst adaptasiyası olacaq.
“Amo Səddam” adlı filmin çəkilişlərinin payızda başlaması planlaşdırılır, premyeranın 2025-ci ildən tez olmayacağı ehtimal edilir.
Yohan Renk 2006-cı ildə Bağdad hisslərini başqa müharibə filmlərindəki stereotiplərdən istifadə etmədən orijinal şəkildə çatdırmağı planlaşdırır. (Oxu.az)
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















