Art
Həmvətənimiz Almaniyada ilin ən yaxşı bəstəkarı seçildi - FOTO
Almaniyada yaşadığım 19 il ərzində ürəyim daim Vətənim Azərbaycanla döyünüb. Bu illər ərzində elə bir konsert və layihəm olmayıb ki, orada Vətənim haqqında danışmayım, elə bir musiqi əsərim yoxdur ki, orada öz milli dəyərlərimizi xarici ölkə dinləyicilərinə çatdırmayım.
Publika.az xəbər verir ki, Bu sözləri Almaniyada yaşayan həmvətənimiz, “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı, bəstəkar Xədicə Zeynalova AZƏRTAC-a müsahibəsində söyləyib.
Xədicə Zeynalova deyib: “2022-ci ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı mənim xatirəmdə dərin iz buraxıb. Şuşaya ilk səfərim məndə o dərəcədə xoş təəssürat yaratdı ki, təsirlənərək “Şuşa” simfoniyasını bəstələdim. Bütün layihələrim mənə çox doğmadır, çünki mən hər layihə üzərində bir neçə ay və il çalışıram. Yaddaqalan layihələrimdən birini “Bridge of sound” orkestrimlə Berlin şəhərində 2022-ci il noyabrın 8-də Zəfər Günümüzə həsr etdim. Həmin möhtəşəm konsertdə mənim dördhissəli “Şuşa” simfoniyam orkestrimin ifasında böyük tamaşaçı alqışı qazandı. Konsertdə nəinki Azərbaycanın, dünyanın müxtəlif ölkələrindən olan səfirliklərin nümayəndələri, diplomatlar, fəxri qonaqlar iştirak və çıxışlar etdilər”.
Həmvətənimiz Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilməsindən, “Artist in Residence” nominasiyasına layiq görülməsindən böyük qürur hissi keçirdiyini, bundan sonrakı fəaliyyətində də Azərbaycanın musiqi mədəniyyətini layiqincə təbliğ etməyə çalışacağını vurğulayıb.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















