Art
Cavanşir Quliyev səhhətindən DANIŞDI: "İnsanların sağlamlığı ilə..."
Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum.
Publika.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib.
Bəstəkar Heydər Əliyev Fonduna və fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ona göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: "Burada əsas yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.
Yaxın günlərdə müalicəsini bitirərək Bakıya dönəcəyini və fəaliyyəti ilə bağlı planlarının olduğunu bildirən C.Quliyev səhhəti barədə yayılan yalan informasiyalara da münasibət açıqlayıb:
"Lütfən dedi-qodulara inanmayın. Xüsusən də insanların sağlamlığı ilə. Rəsmi xəbər hardasa var, yəni olmaya bilməz".
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















