Art
Şuşanın tanınmış simalarına aid əsərlər sərgiləndi - FOTO
“Hilton” hotelində “Sənət unutmur" adlı tədbir baş tutub.
Publika.az xəbər verir ki, tədbir dövlət himni ilə başlayıb. Tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə Mehdinin mərhum millət vəkili Qənirə Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub.
MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətinə dair video-çarx nümayiş olunub. Qənirə Paşayevanın öz ifasında şeiri səsləndirilib.
Tədbirdə çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova son beş ildə Qənirə Paşayevanın təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə bağlı şəhid ailələrinə mənsub xanımlarla görüş keçirildiyini bildirib. Arzu Bağırova qeyd edib ki, rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin yaranması altı il əvvəl baş tutub: “Bizim ictimai birliyimizin necə adlandırılması, məqsəd-vəzifələrinin müəyyənləşdirilməsi baxımından da Qənirə Paşayevanın məsləhətləri önəmli rol oynayıb. Biz əziz Qənirə Paşayeva ilə birlikdə çoxsaylı layihələr, xeyriyyə aksiyaları keçirmişik. Tədbirlərimizin böyük əksəriyəti şəhidlərimiz, qazilərimiz, gənc qızlarımız, ümumən gənclərimizlə, təhsillə, ədəbiyyatla, mədəniyyət-sənətlə, habelə Türk dünyası ilə bağlı olub. Qənirə xanımın kitablarından biri “Məndən sonra” adlanır. Bir neçə gün öncə vəfalı dostumuz, rəssam Elşən Karaca və rəssam həmkarları Müasir İncəsənət Mərkəzində bu adda sərgi təşkil edib. Biz də “Sənət unutmur” adını təsadüfən seçməmişik və demək istəyirik ki, “əziz bacımız Qənirə xanım, səni unutmamışıq! Təşəbbüskarı olduğun layihələr, işlər, səndən sonra da davam edir”. Əziz dostlar, bu gün bizim ötən illərdəki fəaliyyətimizə dair nəşrlərlə tanış olacaq, həmçinin Minarə Mehdinin örnək əsərlərinə tamaşa edəcəksiniz. Mərhum Qənirə Paşayeva bu əsərlərin Şuşada və işğaldan azad olunmuş digər şəhərlərimizdəki muzeylərə, mədəniyyət müəssisələrinə bağışlanmasını düşünürdü. Biz, ortaq dostlarımızla birgə onun arzusunu həyata keçirməyə çalışırıq".
Qeyd edək ki, tədbirdə millət vəkilləri Arzu Nağıyev, Jalə Əliyeva, Aydın Hüseynov, Məşhur Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Xalq rəssamı Arif Hüseynov və bir çox ictimai-siyasi iştirak ediblər. Tədbirin bədii bölümündə xalq artisti Simarə İmanova və bir çox sənətçilər Qənirə Paşayevanın sözlərinə yazılmış mahnıları ifa ediblər.
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)
.jpg)

.jpg)






.jpg)

.jpg)



















