Art
Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTO
O, Şurum-Burum obrazı ilə sevilib, klounada sənətini ilk dəfə Azərbaycanda təqdim edən insan kimi tarixdə qalıb. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar həmişə onu görəndə ayaqlarını cütləyib, hərbi salam verərdilər. “Fransız”, “Yalan”, “Həm ziyarət, həm ticarət”, “Sarı gəlin” kimi filmlədə yaratdığı bir-birindən fərqli obrazlarla sevilən və yaddaşlarda qalan, heç bir fəxri adı olmayan, amma elə Şəkili Fərman kimi xatırlanan və qəbul edilən Fərman Abdullayev.
Publika.az xatırladır ki, bu gün aktyor Fərman Şəkilinin anım günüdür.
Fərman Şəkili 1954-cü il noyabrın 4-də Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədə çıxış edib. Şəki Dövlət Teatrında quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Şəkidə yaradıcıllıqla məşğul olan Fərmanı paytaxt tamaşaçısı Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında “Hamlet” tamaşası ilə kəşf edir. Həmin vaxt adı çəkilən səhnə əsəri festivalın “Qran-pri” mükafatına layiq görülüb.

Azərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan "Dahi" adlı pantomim pyesin müəllifi olub.
Aktyorun oğlu müsahibələrinin birində atası haqqında belə deyib:
“Onun böyük arzuları var idi. Bulvarda yay teatrı açmaq istəyirdi. Uşaq teatrı layihəsi vardı. Aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir axı... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O hər dəfə ilk dəfəymiş kimi insanlara inanırdı...".
Fərman Şəkili sakit təbiətli, üzüyola, sadə və səmimi insan idi . Onu fərqləndirən və tamaşaçıya sevdirən də elə məhz bu xüsusiyyətləri olub.

Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə"sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asmağı öyrədərmiş.
O, “Aşkarsızlıq şəraitində...” , “Boş yer” , “Zirzəmi”, "Fransız", “Həmziyarət, həmticarət”, “Yarımştat” , “Min birinci söz”, “Otel otağı”, “Sarı gəlin”, “Mişovul ovu” , “Bir anın həqiqəti” , “Yalan”, “Günaydın, mələyim!”, “Komediya səhnəsi”, “İstanbul reysi” filmlərində özünəməxsus obrazlarla yadda qalıb.
Fərman Şəkili xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə 2-3 qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: “Neçə illik stajım var, batar axı”. Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.

Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: “...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o “bitdi” demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb”.
Həyat yoldaşı Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edib: “Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın”.
Uşaqları güldürmək, onları xoşbəxt görmək üçün tullanıb düşən, balacalar sevinsin deyə əlindən gələn hər şeyi edən gülməli adam ruhunuz şad olsun. Həmişə xatirələrdəsiniz.
Cəmilə Hətəmxanova
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)
.jpg)

.jpg)






.jpg)

.jpg)



















