Art
Parisdə Qarabağın milli geyimləri nümayiş olundu
Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Qarabağ milli geyimlərinin nümayişi keçirilib.
Publika.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü mübasibətilə ölkəmizin Parisdəki Səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ cəsarət və gözəllik əfsanəsi" moda nümayişində respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, yerli iş adamları, moda həvəskarları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir L.Abdullayeva ölkəmizdə qadınların hüquqlarından bəhs edib, Azərbaycan qadının cəmiyyətdə oynadığı yüksək rolundan danışıb. Səfir Azərbaycanda dünyada ən qabaqcıl qərb ölkələrindən belə öncə qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb, qızlar üçün açılmış ilk qeyri-dini təhsil ocağının qədim tarixinə toxunub və Azərbaycandakı dünyəvilik ənənələri haqqında məlumat verib.
Könül Vəlibəyli tərəfindən 2008-ci ildə təsis edilən "Bakı Milli Geyim Evi"nin ərsəyə getirdi Qarabağ milli geyimlərinə hərs edilmiş dəfilə qonaqların böyük marağına səbəb olub. Təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə Şuşanın milli naxışları əksini tapıb. Dəfilənin keçirilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.
Tədbirdə həmçinin qonaqlara rəssam, dizayner, şairə və bəstəkar Rəsminə Qürbətovanın ifasında dünya və Azərbaycan tanınmış bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı da təqdim edilib.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














