Art
Cavanşir Quliyev: “Mən bu qədər gözləmirdim” - VİDEO
"Baku" TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Publika.az xəbər verir ki, verilişin budəfəki sayının qonağı bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev olub.
Bəstəkar bir müddət öncə Türkiyədə müalicə alarkən haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib:
“Xəbər yayılanda reanimasiyada idim. Mənə zənglər gəlirdi. Dedilər ki, səni öldürdülər. Dedim ki, “bir az şişirtmisiniz, o qədər ölməmişəm”. Bu hadisəni zarafata çevirməyə çalışdım”.
C.Quliyev onu ən çox duyğulandıran əsərindən - “Əsgər marşı”ndan bəhs edib:
“Hər dəfə bu marşı dinləyəndə silahı götürüb müharibəyə qaçmaq istəyirəm. Bəzi hallarda duyğulanmamaq üçün dinləmirəm. 90-cı illərin əvvəlində nənələrinin qucağında Qarabağdan gələn uşaqlar 30 il sonra tankın üstündə, bu marşın sədaları altında torpaqlarımızı geri aldılar. Mənəvi olsa da, köməklik etmiş olmağım məni çox sevindirir”.
Ətraflı süjetdə:
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














