Art
Prezident və xanımı Şuşada mənimlə... - Arif Babayev
"Xarıbülbül" Beynəlxalq Musiqi festivalında çıxış edən xalq artisti Arif Babayev təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, xalq artisti Teleqraf.com-a açıqlamasında festivalın yüksək səviyyəsində təşkil olunduğunu deyib:
“Mən 70-dən çox ölkəyə səyahət etmişəm, amma belə festival görməmişəm. "Xarıbülbül" Beynəlxalq Musiqi festivalı yüksək səviyyədə təşkil edildiyi üçün cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Orada çox böyük işlər görüblər. Şuşadakı otellərə baxıram, çox rahat və yüksək səviyyəlidir. Şuşada abadlıq işləri çox xoşuma gəldi. Mən festivalın bu cür təşkilatçılığına məəttəl qaldım”.
Xalq artisti vurğulayıb ki, festivalda səhnəyə çıxarkən Şuşadakı illərini xatırlayıb: “Festivalda “Ay bəri bax” xalq mahnısını ifa etdim. Mənim uşaqlıq və cavanlıq illərim Şuşada keçib. Ağdamda doğulmuşam. Allah prezidentimizin canını sağ eləsin, Mehriban Əliyeva çox sağ olsun. Prezident İlham Əliyev və Mehriban Əliyeva festivalda mənimlə çox mehribancasına görüşdülər”.
Arif Babayev bildirib ki, yenidən Şuşaya getmək istəyir: “Yenidən Şuşaya getmək istəyirəm. Şuşadan ötrü ölürəm! Oranın havası, təbiəti çox gözəldir”.
Qeyd edək ki, Arif Babayevin 86 yaşı var.
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)
.jpg)

.jpg)



.jpg)























