Art
Festivalda yenilik: Tammetrajlı filmlər də yarışmaya qoşulur
4-8 oktyabr tarixlərində Bakıda keçiriləcək 15-ci Bakı Beynəlxalq Film Festivalı film qəbuluna başlayır!
Təşkilat Komitəsindən Publika.az-a verilən məlumata görə, 15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival tammetrajlı filmlərin müsabiqəsini elan edir.
Bu il festivalın Beynəlxalq müsabiqəsində bədii tammetrajlı debüt və qısa filmlər yarışacaq.
Xarici və yerli müəlliflər Beynəlxalq müsabiqənin tammetrajlı film kateqoriyasına 52 dəqiqədən az olmayan bədii debüt filmlərini (birinci və yaxud ikinci film), müsabiqənin qısametrajlı film kateqoriyasına isə 30 dəqiqədən çox olmayan bədii, sənədli, animasiya filmlərini https://filmfreeway.com/bakufilmfest platforması üzərindən göndərməlidirlər. Filmlər 2023-2024-cü illərin istehsalı olmalıdır.
Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri qəbul olunur. Müəlliflər filmlərini festivalın www.filmfestival.az saytı və https://filmfreeway.com/bakufilmfest platforması vasitəsilə göndərə bilər. Filmlər 2022-2024-cü illərdə istehsal olunmalıdır.
Filmlərin qəbulu 2024-cü il iyulun 30-nadək davam edəcək.
Festivala göndərilən filmlər peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası tərəfindən dəyərləndirilib müsabiqəyə daxil ediləcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.
Hər il festivalın münsiflər heyətində Kann, Berlin film festivallarında ən yüksək mükafatlara layiq görülən və söz sahibi olan kinematoqrafçılar təmsil olunur. Bu il də festival ənənəsinə sadiq qalaraq peşəkar mütəxəssisləri bir araya gətirəcək.
Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı "Qızıl Nar"dır.
"Qızıl Nar"la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Film Festivalı artıq 15 ildir ki, əzmlə yoluna davam edir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı






.jpg)
.jpg)

.jpg)


.jpg)
























