Art
Özbəkistanda mədəniyyət günləri "Mənim Azərbaycanım" adlı möhtəşəm konsertlə başa çatdı - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış konserti olub.
Publika.az xəbər verir ki, iyunun 13-də Muqimi adına Musiqili Dram Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib.
Konserti qardaş ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.
Azərbaycan rəqs sənətinin ən seçkin örnəklərinin təqdim olunduğu gecədə əsl anşlaq yaşanıb. Rəqqaslarımızın yüksək peşəkarlıqla ifa etdiyi "Süita", "Qaval", "Qazağı", "Yaylıqla rəqs", "Nağara", "Şalı", "Qaytağı", "Toy", "Qılıncla rəqs", "Çayçı" və "Vətən" rəqsləri, eləcə də musiqi nömrəsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Daşkənddə 10-14 iyun tarixlərini əhatə edən Azərbaycan Mədəniyyəti Günlərinin möhtəşəm finalı olan konsert iştirakçıların yaddaşında silinməz iz qoyan sənət şöləni kimi tarixə yazılıb.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

















.jpg)







.jpg)














