Art
Nazirlikdən senzura ittihamlarına CAVAB
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib.
Nazirlikdən Publika.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.
Qeyd olunub ki, filmlərə müvafiq yayım vəsiqəsinin verilməsi üçün Ekspert Şurası yaradılıb:
"Sözügedən Qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb".
Vurğulanıb ki, Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestrə daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib.
"Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz", - Nazirlikdən bildirilib.
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














