Art
Tahir Tahiroviç Prezidentin səlahiyyətli nümayəndəsinə MÜRACİƏT ETDİ
Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, müraciətdə deyilir:
Hörmətli Fuad müəllim,
Bu il Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli, professor Ramiz Mirişlinin 90 illik yubileyidir. O, böyük bəstəkar olmaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, yeni musiqiçilər nəslinin yetişdirilməsi işinə dəyərli töhfələr vermişdir.
Ramiz Mirişlinin yaradıcılığı çoxşaxəli olduğundan müxtəlif janrlarda bəstələdiyi əsərlər Azərbaycan musiqi xəzinəsinin dəyərli inciləridir. Bəstəkarın onlarla bədii, sənədli, cizgi filmlərinə yazdığı musiqləri, məşhur şairlərin sözlərinə bəstələdiyi mahnıları dillər əzbərinə çevrilib. Onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla yanaşı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm əhəmiyyət kəsb edir. Bunlardan əlavə böyük pedaqoq olan Ramiz Mirişli Naxçıvan Dövlət Filarmoniyasının, Musiqi Kollecinin və Bəstəkarlar İttifaqının yaranmasının birbaşa təşşəbüskarı və yaradıcısıdır.
Hörmətli Fuad müəllim, ulu Naxçıvan torpağı dünya elminə, ədəbiyyatına, sənətinə, ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş etmiş bir yurd yeridir. Bütün bunlarla yanaşı etiraf etməliyik ki, Naxçıvanın bütün böyük şəxsiyyətləri sırasında bəstəkarlıq məktəbinin nəhəng nümayəndəsi var ki, o da Ramiz Mirişlidir. Təəssüf ki, indiyə qədər doğulub boya-başa çatdığı, uzun illər fəaliyyət göstərdiyi Naxçıvanda hələ də bəstəkarın adına bir abidə yoxdur. Bu baxımdan, Azərbaycanın Ramiz Mirişlisinin Naxçıvan şəhərində anadan olduğu evinin qarşısında yerləşən, “Böyük bağ” kimi tanınan məkanda abidəsinin ucaldılması, həm onun ruhuna sayğı, həm də qədirbilən xalqımız üçün hədiyyə olardı. İnanıram ki, təklifimi dəyərləndirəcək, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bu təklifi dəstəkləyəcəksiniz.
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














