Art
“ANAMA” sənədli filminin təqdimatı keçirildi
İyulun 18-də Nizami Kino Mərkəzində “ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, film 2023-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.
Filmin təqdimatı Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları, minatəmizləmə prosesini həyata keçirən cəsur minaaxtaranların peşəkar və məsuliyyətli fəaliyyəti və həyatı filmin əsas süjet xəttini təşkil edir. Filmin qəhrəmanları öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsini həyata keçirən minaaxtaranlardır.
Sənədli filmin təqdimat mərasimində dövlət və özəl qurumların rəhbərləri, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin yaradılmasının 26-cı ildönümü tamam olub. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Agentliyin başlıca məqsədi Azərbaycanın işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat21 Sentyabr 11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq






.jpg)
.jpg)

.jpg)







.jpg)



.jpg)














.jpg)


