Art
"Uzundərə" rəqsinin istifadə edildiyi Fransa cizgi filmi - VİDEO
"Baku" TV-də dünya cizgi filmlərində Azərbaycan musiqisi mövzusunda araşdırma materialı efirə gedib.
Publika.az xəbər verir ki, bu mövzuda hər kəsin ağlına ilk gələn "Nu, poqodi" cizgi filmidir. "Nu, poqodi"nin seriyalarının birində Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məşhur "Cücələrim" mahnısı səslənib.
Bundan başqa uşaqlar üçün hazırlanmış daha bir sovet ekran əsərində - "İt və pişik" cizgi filmində biz "Uzundərə" rəqsini eşidirik. Lakin cizgi filminin titrlarında erməni bəstəkar Aram Xaçaturyanın adı yazılıb. "Uzundərə" rəqsinin istifadə edildiyi daha bir ekran əsəri, Fransa istehsalı olan "Səmərqəndin qızıl evi" cizgi filmidir.
Cizgi filmində Ənvər Paşa, Rasputin kimi şəxslərin də obrazı var. Hekayənin əsas qəhrəmanı olan Korto Maltese Makedoniyalı İskəndərin xəzinəsini tapmaq üçün Səmərqəndə yola düşür. Onun yolu əvvəlcə Anadoludan, Konyadan keçir. Burada ibadət əhli olan Konya səmazənləri "Uzundərə" ritmləri altında ilahi rəqs edirlər.
Türküstana çatanda isə Korto Maltesenin yolu Ənvər paşa və onun partizan dəstəsi ilə kəsişir. Həmçinin cizgi filmində Ənvər Paşanın necə qəhrəmanlıqla şəhid olduğu göstərilib.
Rusiyanın məşhur "Maşa və ayı" cizgi serialının Azərbaycana həsr edilmiş iki bölümündə biz iki Azərbaycan musiqisini eşidə bilərik. Bir bölümdə Maşa öz oyuncaqlarına "Məlikməmməd" nağılını danışır. Seriya Maşanın bu sözləri ilə başlayır:
"Uzaq-uzaq diyarlarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayırlar. Bu nağılı da elə onlar mənə danışıblar".
Məlikməmmədin quyuya düşməsi anında Göyçək Fatma kamançada "Sarı gəlin"i ifa edir və onun Azərbaycana məxsus qədim xalq mahnısı olduğunu deyir. "Maşa və ayının" digər bölümündə isə Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin "Tıq-tıq xanım" mənzum hekayəsi Maşanın dilindən nəql edilir. Biz burada Ramiz Mirişlinin bəstəsi olan "Tıq-tıq" xanımın mahnısını rus dilində eşidə bilərik.
Ətraflı süjetdə:
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat21 Sentyabr 11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq






.jpg)
.jpg)

.jpg)







.jpg)



.jpg)














.jpg)


