Art
Azad edilmiş ərazilərdə çəkilən "Azərbaycan" mahnısının klipi təqdim edildi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Biriyinin təşkilatçılığı ilə "Zəfər üçün oxu" layihəsi çərçivəsində hazırlanan klipin təqdimatı olub.
Publika.az xəbər verir ki, çəkilişləri azad edilmiş ərazilərdə baş tutan klipin təqdimat mərasimi "Nizami" Kino Mərkəzində" keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, qazilər, hərbçilər və vətəndaşlar iştirak edib.
Bildirilib ki, layihənin məqsədi vətən sevgisi, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir.
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısı ərsəyə gətirilib. Mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsusdur.
"Azərbaycan" mahnısında "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", o cümlədən "Vətən mübaribəsi istirakçısı" medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Murad Bayramlı, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Cahangir Əliyev ifa edib.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






.jpg)
.jpg)
.jpg)













.jpg)













