Art
“The Beatles” qrupunun pərəstişkarlarına şad xəbər - FOTOLAR
Məşhur “The Beatles” qrupunun pərəstişkarları qrup üzvlərinin karyeralarına başladıqları klubun yerləşdiyi “Victoria” malikanəsində gecələyə biləcəklər.
Publika.az xəbər verir ki, Liverpuldakı “Casbah Coffee Club” qrupun ilk təbil ifaçılarından biri olan Pit Bestin (sonralar Rinqo Star ilə əvəz olundu) təşəbbüsü ilə qonaq evinə çevrilib.
Bu klub qrupun pərəstişkarlarının yaxşı tanıdığı məkanlardan biridir. Klub 1959-cu ildə ailə evinin zirzəmisində Pit Bestin anası Mona Best tərəfindən açılıb. Burada Con Lennonun ilk qrupu olmuş “Quarrymen”in 13 və “The Beatles”ın 40-dan çox çıxışı olub.
Klubun yerləşdiyi binanın üst hissəsindəki yerlər artıq qısamüddətli icarəyə verilir. “Beatles” pərəstişkarlarına Pol Makkartni, Con Lennon və ya Corc Harrisonun lüks nömrələri arasında seçim etmək imkanı verilib. Digər otaq “The Beatles” debüt qrupunun bas gitara ifaçısı Stüart Satkliffə həsr olunub. Lakin burada Rinqo Starrın adı ilə bağlı olan otaq yoxdur, çünki o, klubun bağlandığı 1962-ci ildə qrupa qoşulub.
Lüks otaqlar qrupun xatirə əşyaları ilə bəzədilib. Zirzəmi qrupun musiqi ifa etdiyi dövrdə olduğu kimi qalıb: zərb alətləri hələ də nümayiş etdirilir, tavanda isə məşhur “John, mən qayıtdım” ifadəsi həkk olunub.
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq






.jpg)
.jpg)

.jpg)





.jpg)



.jpg)
















.jpg)


