Art
Qarajdan Salvador Dalinin imzası olan "xəzinə" çıxdı
Məşhur ispan sürrealisti Salvador Dalinin imzası olan 10 litoqrafdan ibarət xəzinə Londondakı qarajda - Meyfeyrin Berkli meydanında aşkar edilib.
Publika.az “Hansons Richmond” hərrac evinin rəsmi saytına istinadla xəbər verir ki, kolleksiyaya fransız rəssamı, qravüraçı, illüstrator və heykəltaraş Teo Tobiasın beş litoqrafiyası da daxildir. Onların hamısı “Hansons Riçmond” London hərrac evinin direktor müavini, antikvar eksperti Kris Kirkhem tərəfindən qarajda tapılıb.
Kirkhemin dediyinə görə, alıcı 1970-ci illərdə Londonun mərkəzi qalereyasında yekun ticarətdə hamısı çərçivəsiz olan litoqrafiyalar üçün sadəcə 500 funt sterlinq ödəyib.
Dalinin hər bir çap məhsulu 300-500 funt sterlinq, Tobiassın hər çap məhsulu isə 100-300 funt sterlinq dəyərində qiymətləndirilib. Bütün kolleksiyanın qiyməti təxminən 5 min funt sterlinq təşkil edə bilər.
Bu yaxınlarda tapılan izlər rənglə doldurulub. Onların bəzilərində bitkilərin, heyvanların və Roma Kolizeyini xatırladan memarlığın fonunda insan fiqurları təsvir edilib.
Litoqrafiyalar avqustun 30-da “Hansons Richmond Fine Art, Antiques and Collectibles Auction” hərracında satışa çıxarılacaq.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi













.jpg)



.jpg)






.jpg)















