Art
Leyla Əliyeva Bəhreyn rəssamlarının əsərlərindən ibarət sərgidə - FOTOLAR
Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.
Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.
Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.
Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.
Sonra çıxış edən “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.
“Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 13:35"Azərbaycan Türk dünyasında söz sahibidir"
-
İqtisadi gündəm13:16Kredit almaq istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar TƏSDİQLƏNDİ
-
Nida Xəbər 12:43"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu - YENİLƏNDİ
-
Dünya12:16İsrail Ərdoğanın bəyanatlarından narahatdır: ABŞ xəbərdar ediləcək
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...











.jpg)

























