Art
Füzulidə ilk - FOTOLAR
2024/2025-ci tədris ilindən başlayaraq Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində doğma yurdda yeni məskunlaşan uşaqlar üçün ilk dəfə davamlı incəsənət təhsilinin tədrisi təşkil olunacaq.
Mədəniyyət Nazirliyindən Publika.az-a bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Bakı və digər rayonlardan Füzuli şəhərinə köç edən sakinlərin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçiriləcək.
Proqram çərçivəsində 24 şagird, 5 təcrübəli müəllimdən təhsil alacaq. Növbəti müddətdə şagirdlərin sayı daha da artacaq.
Qeyd edək ki, cari ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərinin azyaşlı sakinlərinə yaradıcı imkanlar və incəsənət sahəsində təhsil almaq imkanı təmin etmək məqsədi ilə inşa edilib. Ötən müddət ərzində Mədəniyyət Nazirliyinin bilavasitə təşkilatçılığı ilə bu yaradıcılıq mərkəzində füzulili şagirdlər üçün müxtəlif sənət növləri üzrə təlimlər keçirilmiş, eyni zamanda Füzulidə yaşayan məktəblilər üçün yay məktəbi təşkil edilib.





-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq






.jpg)
.jpg)

.jpg)




.jpg)



.jpg)

















.jpg)


