Art
Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO
Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisi 4 sentyabr 2024-cü il tarixində öz işinə başlayıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.
Sərgidə Mədəniyyət Nazirliyinin nümayəndələri və uşaq yazıçısı Solmaz Amanova iştirak edirlər.
Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.
Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.
Sərgi çərçivəsində 6 sentyabr tarixində yazıçı Solmaz Amanovanın “Kitab sənəti” müsabiqəsində 2 nominasiya üzrə ( “Qran-pri” mükafatı və 1-ci yer) mükafatlandırma mərasimi keçiriləcək.
Belarus Respublikasının fəxri qonaq ölkə olduğu Moskva Beynəlxalq Kitab Sərgisi 8 sentyabr 2024-cü il tarixinədək davam edəcək.







-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi













.jpg)



.jpg)






.jpg)















