Art
Əməkdar artistdən Üzeyir Hacıbəyov ruhuna yüksək ehtiram - FOTO
Azərbaycanın görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə onun Bakıdakı ev muzeyində konsert proqrmaı ilə çıxış ediblər.
Publika.az Missiya.az-a istinadla xəbər verir ki, gənc ifaçılar böyük bəstəkarın ölməz əsərlərini ifa edib, onun müəllifi olduğu dünyaca məşhur operalar və operettalar əsasında maraqlı kompozisiyalar təqdim ediblər.
Aybəniz Haşımovanın “Leyli və Məcnun” operasından Leylinin ölüm səhnəsini ifa etməsi xatirə proqramını xüsusilə yaddaqalan edib.
Konsert proqramını, Mədəniyyət Nazirliyinin təmsilçiləri, tanınmış mədəniyyət xadimləri, musiqişünaslar, ictimaiəyyət nümayəndələri və media mənsubları da izləyib.
Qonlaqlar arasında Türk Ağsaqqalları İctimai Birliyi- TAİB-nin İdarə Heyətinin üzvləri də olub. TAİB sədrinin müavini Eyvaz Hünbətov Aybəniz Haşımovaya İctimai Birliyin Fəxri diplomunu təqdim edib.
Konsert proqramından sonra Sənət akademiyasının tələbələri Fəxri xiyabanda Üzeyir bəyin məzarını ziyarət ediblər.
Xatırladaq ki, Aybəniz Haşımova Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.




-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi













.jpg)



.jpg)






.jpg)















