Art
Motsartın indiyədək məlum olmayan əsəri tapıldı
Avstriyalı bəstəkar və virtuoz musiqiçi Volfqanq Amadey Motsartın əvvəllər məlum olmayan musiqi əsəri Almaniyanın şərqindəki Leypsiq (Saksoniya) şəhərindəki kitabxanada aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının bəyanatında deyilir.
“Musiqi aləmində sensasiya: Leypsiq Şəhər Kitabxanası İdarəsinin musiqi kitabxanasından 12 dəqiqəlik musiqi parçası bəstəkar Volfqanq Amadey Motsartın əsəri kimi müəyyən edilib”, - hesabatda qeyd edilib.
Söhbətin Karl Ferdinand Beckerin kolleksiyasındakı "Serenate ex C" tamaşasından getdiyi göstərilir. Bu musiqi əsəri, şəhər rəhbərliyinin vurğuladığı kimi, ilk dəfə Almaniyada təqdim olunacaq və sentyabrın 21-də Leypsiq Operasında nümayiş olunacaq.
Əlyazma 1780-ci ildə hazırlanmış bir nüsxədir. Tünd-qəhvəyi mürəkkəb və ağ əl işi kağızdan istifadə edilib, parçalar ayrı-ayrılıqda cildlənib və əlyazma imzasız olub. 1760-cı illərin ortalarında və sonlarında yaradıldığı güman edilir. O zaman Motsart hələ çox gənc bəstəkar idi.
Adəm Abbaslı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...

















.jpg)
.png)






.jpg)














