Art
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirildi - FOTO
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında ölkəmizdən "Zaman" qrupunun etno-caz konserti təqdim olunub.
Publika.az xəbər verir ki, konsertdən öncə çıxış edən musiqi qrupunun bədii rəhbəri Vasif Hüseyn milli çalğı alətlərinə böyük marağı olduğunu deyib:
"Zaman" qrupunu yaratmaq istəyi milli musiqi alətlərimizə olan maraq və sevgimlə bağlıdır. Qrupda Azərbaycan balaban, tütək, zurna və s. alətlərdən çox istifadə edirəm. Bacardığım qədər, milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və yeri gələndə Qərb alətləri ilə sintez edirəm".
Sonra söz musiqiyə verilib.
"Zaman" qrupu (Saleh Məmmədov – bas gitara, Eyvaz Həşimov – zərb alətləri, Fəqan Rəhmanoğlu – nəfəs alətləri) və pianoçu, bəstəkar Vasif Hüseyn (eyni zamanda qrupun bədii rəhbəri) maraqlı proqramla çıxış edib.
Proqramda Vasif Hüseynin "Biri var idi, biri yox idi" (“Once upon a time”), "Zaman", Vaqif Mustafazadənin "Baharda" ("Springtime"), "İmprovizə" ("Improvise"), Hans Zimmerin "Ulduzlararası" (Interstellar") və "Yapuray" qazax xalq mahnısı səsləndirilib. Qazax musiqisevərlər konserti böyük maraq qarşılayıb, ifaçıları alqışlayıblar.
Xatırladaq ki, Azərbaycan caz sənətinin əfsanəsi sayılan bəstəkar Vaqif Mustafazadə (1940–1979) orijinal ifaçılıq üslubuna malik olub. O, muğamlarımızı caz texnikası ilə birləşdirərək caz-muğam kimi yeni bir musiqi janrı yaradıb. Bu gün də bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğamın sintezindən istifadə edirlər.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...


















.jpg)
.png)





.jpg)














