Art
"Baku Cinema Breeze" festivalının açılışı oldu
Heydər Əliyev Mərkəzində "Yaradıcı Həftə" çərçivəsində ölkəmizdə ilk dəfə olaraq "Baku Cinema Breeze" Festivalının açılışı baş tutub.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov festivalın əhəmiyyətindən danışıb: "Bu festival ölkəmizdə ilk dəfə geniş miqyasda film festivallarını bir araya gətirib və dünya kinosunun ən yaxşı nümunələrini təqdim edir. "Baku Cinema Breeze" festivalı Azərbaycan kino sənayesinin inkişafı üçün çox önəmlidir. Bu tədbir ölkəmizi tanıtmaq üçün gözəl bir fürsətdir. Bu layihə Azərbaycana qlobal kino xəritəsində öz yerini tutmağa kömək edəcək. Ümid edirik ki, bu festival kino sənayemizin inkişafına yeni töhfə verəcək".
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə açıqlamasında deyib ki, ölkəmizdə ilk dəfə olaraq "Baku Cinema Breeze" Festivalına start verilib: "Bu platforma çərçivəsində bir neçə film festivalları birləşir.
Belə ki, Doku Baku sənədli film festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalını eyni platformada birləşir.
Platformanın əsas məqsədi isə ölkədə baş verən proseslərə marağın artırılması və kino sənayesində olan prosesləri sürətləndirməkdir.
Sabah ilk dəfə olaraq Şərq ölkələrinin kino sənaye bazarına start veriləcək. Burada fərqli ölkələrdən 30 dan çox podüser şirkətləri iştirak edəcəklər. Kino sənayesinin inkişafı sosial-iqtisadi strategiyası çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.
Əsas məqsəd ölkədə kino sənayesində biznes subyektlərinin artırılması, layihələrin sayının artırılması və məşğulluğun artırılmasına səbəbdir".
Qeyd edək ki, "Yaradıcı Həftə"də müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak ediblər. "Yaradıcı Həftə" 2-8 oktyabr tarixlərində baş tutacaq.
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı




















.jpg)







.jpg)










