Art
ARKA təmsilçisi Beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçildi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kino Agentliyinin Audivizual Sənayenin İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadə 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri seçilib.
Publika.az xəbər verir ki, bu barədə məlumat Ege Universitetinin rektorluğu və Səhiyyə, Mədəniyyət və İdman idarəsi Mədəniyyət və İncəsənət Xidmətlərinin Şöbə müdirliyi tərəfindən verilib.
Qərar 12-17 oktyabr 2024-cü il tarixlərində Ege Universitetində keçiriləcək müsabiqənin 10 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında qəbul edilib.
Ege Universitetinin prorektoru, professor, dr. Mehmet Ersanın imzası ilə universitet rəhbərliyi tərəfindən Egey dənizinin incisi İzmirin ev sahibliyi ilə keçiriləcək tədbirə filmlərin seçilməsində təşkilatçılığa görə ARKA-nın təmsilçisi Rüfət Qarazadəyə xüsusi təşəkkürnamə də təqdim edilib.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














