Art
Azərbaycan xalq nağılları Türkiyədə çap olundu
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bir sıra xalq nağıllarımız türk dilinə uyğunlaşdırılaraq Ankarada “Azərbaycan masalları” adı altında çap olunub.
Publika.az xəbər verir ki, kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağılları yer alıb.
Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllara çəkilmiş illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür.
Qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarından olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim ənənələrə, zəngin dünyagörüşünə malik olduğunun göstəricisidir. Nağıllar uşaqların estetik zövqünün və dünyabaxışının formalaşmasında da əhəmiyyətli rol oynayır.
Azərbaycan xalq nağıllarının dünya dillərinə tərcüməsi, nəşri və təbliği məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ilə davamlı iş aparılır.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














