Mədəniyyət Nazirliyi təqdimat keçirdi
Bizi izləyin

Art

Mədəniyyət Nazirliyi təqdimat keçirdi

Bu gün Heydər Əliyev Mərkəzində “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərə dair təqdimat keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək mədəniyyət sahəsində rəqəmsallaşma siyasəti barədə danışıb.

Onun sözlərinə görə, mədəniyyət nazirinin müvafiq əmri ilə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi qrupu yaradılıb:

"İşçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılıb, mədəniyyətin rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilib, mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilib. Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılıb".

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib.

"Milli domen zonası üzrə 20 domen adı vahid inzibatlaşma siyasəti çərçivəsindən, xarici domen zonaları üzrə 7 domen nazirliyin domen hesabına keçirilib. Müxtəlif klasterlər və modullar üzrə hüquqi baza təhlil edilib. “İMES.culture.az” resursunun kodları və data bazası “Ultra” şirkətindən götürülüb. Bakı şəhəri üzrə 37 musiqi məktəbindən İMES Reyestrdə işləmək üçün məsul şəxslər (57 müəllim) müəyyənləşdirilib. Mədəniyyət Nazirliyinin 40-dan çox informasiya resursu audit olunub".

O qeyd edib ki, my.culture.az saytı vasitəsilə vahid şəxsi kabinet yaradılacaq: "İstifadəyə veriləcək bu saytda şəxsi kabinet yarada, mədəniyyət sahəsində xidmətlərdən istifadə edə bilərsiniz".

Onun sözlərinə görə ölkə üzrə informasiya sistemlərinə inteqrasiya və “Hökumət Buludu”na keçid təmin olunub. Bundan əlavə, daxili idarəetmənin rəqəmsallaşması da həyata keçirilib: "Hazırda Mədəniyyət Nazirliyinin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bundan başqa, Bakı şəhəri üzrə 13 mədəniyyət müəssisəsi və 30 incəsənət məktəbində ödənişli tədris və dərnəklərin qeydiyyatı, ödənişlərin onlayn həyata keçirilməsi təmin edilib. 11 xidmətin biznes modeli qurulub, texniki tapşırığı hazırlanıb. 6 xidmət elektronlaşdırılıb, hazırda test mərhələsindədir".

O vurğulayıb ki, elektron imza sertifikatları ilə bağlı Milli Sertifikat Xidmətləri Mərkəzinə (MSXM) müraciət edilib və vahid reyestr yaradılıb. Pilot layihə olaraq Rəşid Behbudov adına 2 nömrəli 11 illik Uşaq Musiqi Məktəbində tətbiq edilib. Çalışırıq ki, hər bir yaradılan resurs istifadə edən üçün rahat olsun".

Daha sonra Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova nazirliyin rəsmi saytı (“culture.gov.az”) barədə məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm