Art
Birinci vitse-prezident Azərbaycan Dövlət Pantomim Teatrında - FOTO
Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Publika.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.
Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...
-
Dünya10:45İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
-
Nida Xəbər 10:29Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdilər - FOTO
-
Avropa09:54Avropada dəhşət yaşanır: 1300 ölüm qeydə alındı
-
Maraq dünyası09:42Filankəs "it dili bilir" məsəli elmi təsdiqini tapdı: Sən demə, insanla it arasında...
-
Hadisə09:12Xalq şairinin oğlu vəfat etdi - FOTO
-
Sosial08:48Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?
-
Magazin207:47Di Kaprionun sevgilisinin elə FOTOLARI YAYILDI Kİ... - “Leo bəxtəvərdir”











.jpg)


.jpg)























