Art
“Müasir incəsənətdə Göbəklitəpə” - Milli Xalça Muzeyində sərgi açıldı
Azərbaycan Milli Xalça Muzeyində Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb.
Publika.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında "Müasir incəsənətdə Göbəklitəpə" adlı sərginin töhfəsindən danışıb.
"Göbəklitəpəni bir neçə dəfə ziyarət etmişəm. Hazırda 8 hektarlıq bir ərazidə arxeoloji qazıntılar davam edir. Göbəklitəpədən arxeoloji qazıntılar zamanı fərqli illərə aid yeni məlumatlar əldə edəcəyimizə inanıram", - deyə bildirib.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç Göbəklitəpənin tarixi haqqında məlumat verib:
"UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 12 min il əvvələ aid Göbəklitəpə bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri və yer üzündəki ilk ibadət yeri, məbəd sayılır. Sərgidə 40 rəssamın əsəri nümayiş edilir. Bildiyiniz kimi, dünyada nadir arxeoloji abidələrdən biri olan bu nadir irs Türkiyənin Şanlıurfa şəhərində yerləşir. Tarixin sıfır nöqtəsi adlandırılan Göbeklitəpə həm də Türkiyənin mədəni və tarixi irsinin, böyük sivilizasiyasının, dərin tolerantlığının və böyük bəşər ailəsi ilə dərin münasibətinin sübutudur. Göbəklitəpə arxeoloji qazıntı sahəsi deyil, insanlıq və sivilizasiyanın beşiyi olan Anadolunun mənzərəsi, səsi, nəfəsidir. Bütün bəşəriyyət Anadolu sivilizasiyası üzərində qurulub və oradan bugünkü sivilizasiyaya təkamül edib. Bu gün Türkiyə bu sivilizasiyanın və insanlığın son adasıdır. Türkiyə insanlıq, sülh, tarix, mədəniyyətin davamı və qoruyucu qalxanıdır. Göbəklitəpə sərgisi bu hisslərlə ziyarət edilərsə, mənalı olar".
Sərginin kuratoru Siret Uyanık ölkəmizdə baş tutan sərginin əhəmiyyətindən bəhs edib: "Göbəklitəpə arxeologiya tarixinin ən böyük kəşflərindən biri kimi bəşər tarixinin bir çox sirlərini və gözlənilməz mədəni zənginliyi üzə çıxarıb. Bu əsrarəngiz mədəni irs çağdaş rəssamlarımızın ilham mənbəyinə çevrilib və bu gün burada onların əsərləri yenidən həyat tapmaqdadır. Göbəklitəpənin ilk dəfə qazıntılara 1995-ci ildə Alman Arxeologiya İnstitutunun professoru Klaus Şmitin rəhbərliyi ilə başlanılıb. Biz bu sərgiylə min illərlə başlayan bu yolculuğun izlərini çağdaş sənətin diliylə yenidən şərh edərək türk sənət arxivinə qalıcı əsərlər təqdim etməyi hədəf qoymuşuq. Bu sərgidə də Azərbaycan və Türkiyə arasındakı dostluq və mədəni əlaqələrin simvolu olaraq sənət, mədəniyyət və tarixin gücünü birlikdə kəşf etmənin xoşbəxtliyini paylaşırıq".
Qeyd edək ki, sərgidə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer, mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, millət vəkilləri Məlahət İbrahimqızı, Günay Ağamalı, mədəniyyət və incəsənət nümayəndələrini iştirak ediblər.
Xatırladaq ki, layihənin məsləhət şurasının üzvləri professorlar Aydın Ayan, Alaybəy Karoğlu və Teymur Rzayevdir. Sərgi noyabrın 6-dək davam edəcək.
-
Hadisə14:20
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
-
Sosial14:02
Bakının bu ərazilərində söküntü işləri aparılacaq: Sakinlərə bu qədər pul veriləcək
-
Sosial13:35
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
-
Sosial12:55
Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır
-
Maraq dünyası12:00
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
-
Sosial11:30
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
-
Sosial11:00
Əli Əsədovdan yeni QƏRAR
-
Müsahibə10:36
"Jurnalistlərin ən çox axtardığı baş redaktor mənəm" - Xəyalə Rəis bu müjdəni də verdi