Art
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirildi - FOTO
Mədəniyyət Nazirliyi tərəfindən 31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə Heydər Əliyev Mərkəzində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil edilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, nazirliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, regional mədəniyyət idarələrinin, eləcə də Şəki, Bakı, Lənkəran şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyi və UNESCO üzrə Milli Komissiyanın təmsilçiləri iştirak ediblər.
Əvvəlcə UNESCO-nun Yaradıcı Sənayelər Şəbəkəsinin tarixi, əhəmiyyəti və məqsədləri haqqında qısa məlumat verilib, şəhərlərin sosial-iqtisadi inkişafına olan təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Yaradıcı Şəhərlər Şəbəkəsində yer alan Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təqdimatlar olub, Şəbəkəyə üzvlük dövründə görülən işlərdən danışılıb. Qeyd olunub ki, şəhərlərimiz bu çərçivədə bir sıra layihələr həyata keçirib, yerli və beynəlxalq səviyyədə yaradıcılığı təşviq edən tədbirlər təşkil edib.
Şəbəkədə şəhərlərimizin daha aktiv fəaliyyətinin təşkili məqsədilə koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi, dünyanın müxtəlif ölkələrində keçirilən alt-şəbəkə görüşlərində, eyni zamanda 2025-ci ildə Meksikanın Keretaro şəhərində baş tutacaq Yaradıcı Şəhərlər Şəbəkəsinin illik konfransında iştirak və Şəbəkəyə üzv olan digər şəhərlərlə əməkdaşlığa dair təkliflər səslənib.
Bildirilib ki, Azərbaycanın digər şəhərlərinin də Şəbəkəyə daxil edilməsi üçün müvafiq namizədliklərin UNESCO Katibliyinə təqdim olunması istiqamətində işlər aparılır.
Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)








.jpg)














