Art
“Azərbaycan Atabəyləri”nin qala-premyerası oldu - FOTO
Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" adlı iki seriyalı bədii-sənədli filmin təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti deyib ki, layihədə əsas məqsəd tarixi şəxsiyyətləri tanıtmaqdır: "Layihədə əsas məqsədimiz Qara Sunqur kimi tarixi şəxslərin nağıl qədər maraqlı olan həyat hekayələrini ekrana daşımaq və onları hamıya tanıtdırmaqdır. "Atabəylər" haqqında ilk dəfə film çəkilir. Qarabağ zəfərimizdən sonra öz tariximizə daha əminliklə sahib olmağa başladıq".
Filmin baş qəhərmanı Zabit Səmədov isə saytımıza açıqlamasında ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb: "Filmi tamaşaçılar çox bəyəndi. İnşallah davamlı və uğurlu olar. Azərbaycanda mütləq şəkildə tarixi filmlər çəkilməlidir. Bu, yeni nəsilə qürur verər. Obrazım çox qürurvericidir. Filmi çox qısa müddətdə çəkilib. Bu mənə böyük bir təcrübə oldu. "Azərbaycan Atabəyləri" serial şəkilində davam etsə, daha da ciddi hazırlaşacam".
Qeyd edək ki, filmdə 100-dən çox aktyor rol alıb. Filmdə baş rollarda Zabit Səmədov, İlqar Mehti və Mehriban Zəki yer alıblar. Filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti, quruluşçu rejissoru Mecit Güvendir. Ekran əsərində Atabəylər dövlətinin tarixindən və Azərbaycan dövlətinin necə qurulduğundan söhbət açılır.
Film dekabrın 5-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
























.jpg)















