Art
Xalça Muzeyində “Dualı Sultan köynəkləri” sərgisinin açılış mərasimi baş tutdu - FOTOLAR
Azərbaycan Milli Xalça Muzeyində “Dualı Sultan köynəkləri” sərgisinin açılış mərasimi baş tutub.
Publika.az xəbər verir ki, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç bu köynəklərin İslamdan əvvəlki türklərdən başlayaraq Səlcuqlulara və Osmanlı İmperatorluğuna qədər uzanan köklü bir ənənə olduğunu və Osmanlı sultanlarının bunları geyindiyini bildirib:
“Üzərində Məhəmməd peyğəmbərə ithaf edilmiş qəsidələrin, “Ayətül-kürsi” və “Müavvizəteyn” kimi müqəddəs mətnlərin yer aldığı köynəklər Osmanlı imperiyası dövründən bu günə qədər gəlib çatıb. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 30-a qədər nümunə yer alıb".
Oxşar köynəklərdən birinin Azərbaycan Ədəbiyyat Muzeyində olduğunu və Qarabağ xanı Pənahəli xanın köynəyinin muzeydə sərgiləndiyini deyən Karakılıç Türkiyə ilə Azərbaycanın eyni tarixi, mədəniyyəti və inanc birliyinin konkret sənədi olduğunu bildirib. Sərginin kuratoru Mehmet Vanlıoğlu sərginin əhəmiyyətindən danışaraq on beş il boyunca sərgilərlə müntəzəm şəkildə məşğul olduğunu deyib. Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, sərgidə "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, millət vəkilləri Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, İlham Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, xalq artistləri Aygün Səmədzadə, Siyavuş Kərimi, Fidan Hacıyeva, əməkdar artist Dilarə Əliyeva və bir çox qonaqlar iştirak ediblər.
-
MDB16:56Putin Omskda Tokayevlə görüşdü - VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi






.jpg)
.jpg)
.jpg)















.jpg)














