Art
Bu müəllimlərin bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sessiya keçirildi
Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçiriləcək.
Bununla bağlı 7-8 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət, Ə.Bakıxanov adına 6 nömrəli və 37 nömrəli Uşaq Musiqi məktəblərində, R.Behbudov adına 2 nömrəli və T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəblərində məlumatlandırma sessiyaları keçirilib.
Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru v.i.e. Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər.
Sessiyaların keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunub maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.
Görüş zamanı qarşılıqlı dialoqlar vasitəsilə bir çox fikirlər səsləndirilib və geniş müzakirələr aparılıb.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı













.jpg)
.jpg)
























