Art
Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşdü - Foto
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 15-də ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi AQEM-in fəaliyyətinə verdiyi önəmi diqqətə çatdırıb.
Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM-in sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib. Deyib ki, son zamanlar mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri də təşkilatın fəaliyyətində yer alır. Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası qlobal miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində diqqətəlayiq işlər görür, bu sahədə bütün təşəbbüslərə dəstək verir.
Görüşdə mədəni irsin qorunması, təbliği, yaradıcı sənayelər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























