Art
Üzeyir Hacıbəyliyə həsr olunmuş müsabiqə: qaliblərə bu qədər pul veriləcək
Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə "Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə" respublika müsabiqəsi elan edib.
Publika.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı yüksək elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin aşkar edilməsidir.
Müsabiqənin şərtləri:
Müsabiqədə yalnız ali professional musiqişünaslıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. Müsabiqəyə heç bir yerdə nəşr olunmamış, 2 - 4 çap vərəqi həcmində yeni elmi-tədqiqat işləri təqdim edilməlidir.
İştirakçılar elmi işi kağızda çap olunmuş variantda (Times New Roman, 14 şrift, 1,5 interval ilə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumat (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir.
Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:
I yer - 3000 manat
II yer - 2000 manat
III yer - 1000 manat
Тəqdim olunmuş elmi işlər 2025-ci il oktyabr ayının 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq və Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ünvan: Xaqani küçəsi 55
Əlaqə telefonu: (012) 598 08 86
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
































.jpg)


