Art
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi - Fotolar
Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edərək 2023 və 2024-cü illər üzrə ölkəmizdə mədəniyyətin mənzərəsinə nəzər salıb.
Nazir Mədəniyyət Nazirliyi tərəfindən ötən dövrdə görüşmüş işlər, qarşıda duran vəzifələr və nəzərdə tutulan layihələr barədə məlumat verib. Adil Kərimli çıxışının sonunda Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə hər zaman diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
İclasda mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov və başqalarının müvafiq sahələr üzrə fəaliyyətə həsr olunan məruzələri dinlənilib. Həmçinin Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov NMR Mədəniyyət Nazirliyi tərəfindən 2023–2024-cü illərdə görülmüş işlərə dair məruzə ilə çıxış edib.
Daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ARKA-nın baş direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu, mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Cəsarət Valehov və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun da fəaliyyət sahələri üzrə məruzələri dinlənilib.
Sonda qeyd edilən müddətdə həyata keçirilən, eləcə də nəzərdə tutulan layihələr müzakirə olunub.
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar






.jpg)
.jpg)
.jpg)

















.jpg)










