Art
Mədəniyyət müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün seminar təşkil edildi - Foto
Fevralın 21-də Mədəniyyət Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının mədəniyyət siyasəti və media” mövzusunda maarifləndirici seminar keçirilib.
Publika.az xəbər verir ki, seminarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzlərinin, muzeylərin, kitabxanaların və mədəniyyət evlərinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak ediblər.
Seminarın keçirilməsinin əsas məqsədi mədəniyyət qurumlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsi, effektiv ünsiyyətin təmin edilməsidir.
Seminarda Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva çıxış ediblər. Onların “Media savadlılığı: başlıca prinsipləri, hədəf qrupları və perspektivləri”, “Mədəniyyət qurumlarının fəaliyyətinin mediada səmərəli kommunikasiyasının təşkili”, “Redaksiya siyasəti və jurnalistlərin peşə davranış qaydaları”, “Milli Mətbuat – 150. Azərbaycan publisistikasında qadın hüquqları və gender bərabərliyi məsələləri” mövzularında çıxışları dinlənilib.
Daha sonra interaktiv formatda davam edən seminarda iştirakçıların sualları cavablandırılıb.
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA
































.jpg)


