Art
Coşqun Rəhimov: "Öz qonaqlarımız da həyəcanlandı, "oyun"u çıxaran rəqqaslar idi"
Respublikanın Əməkdar artisti Coşqun Rəhimov "Bu Şəhərdə - Plastik Əməliyyat" adlı konsert proqramında baş verən səhnəyə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, Teleqrafa-a açıqlamasında konsert proqramından əvvəl yaşanan hadisənin real olmadığını bildirib:
"Əlbəttə, həmin səhnə şou idi. Əksər tamaşaçılar bu səhnəyə inandılar. Hətta konsertdə öz qonaqlarımız da baş verənlərə inandı və onu çox həyəcanla qarşıladılar. Bu səhnədən bizim yaradıcı komandanın üzvlərinin çoxu xəbərsiz idi, yalnız kiçik bir qisim məlumatlıydı. Səhnəni oynayanlar rəqqaslar idilər. Bu "oyun"dan sonra səhnədə rəqslərinə davam etdilər. Onlar peşəkar rəqqaslardır.
Hər dəfə konsertlərimizdə tamaşaçıları təəccübləndirməyə çalışırıq. Bu dəfə isə tamaşaçılarımızı həyəcanlandırdıq. Səhnə böyük səs-küyə səbəb oldu. İnsanlar hadisənin real olduğuna inandılar. Biz isə istədiyimizə nail olduq, yəni maraqlı, inandırıcı şou göstərdik".
Qeyd edək ki, "Bu şəhərdə"nin fevralın 22-23-də keçirilən konsert proqramında kuryoz hadisə baş verib. Tamaşa başlamamışdan əvvəl, zal dolu olduğu bir zamanda bir qadın guya ərinin başqa bir qadınla tamaşaya gəldiyini görüb. "Qəzəblənmiş" qadın ərinə yaxınlaşaraq qışqıra-qışqıra onu sorğu-suala çəkib, daha sonra qadına hücum edib.
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























