Art
Stalin, Tağıyev və Rəsulzadənin gizli göstərildiyi üç Azərbaycan filmi - VİDEO
"Baku" TV-də gizli faktların yer aldığı üç Azərbaycan filmi haqqında araşdırma materialı yayımlanıb.
Publika.az xəbər verir ki, uşaqlıqdan bu günə kimi izlədiyimiz 3 film var ki, çox ustalıqla özündə bir xeyli məqamı gizlədib. Sirlərlə dolu birinci filmimiz Ağarza Quliyevin 1960-cı ildə quruluş verdiyi "Səhər" filmidir.
Mehdi Hüseynin ssenarisi əsasında çəkilən film 20-ci əsrin əvvəlindəki inqilabçılar şəhəri Bakını görmək üçün ideal materialdır. Diqqətli tamaşaçı bu ekran əsərində "Hümmət" qəzetini, bolşevik Xanlar Səfərəliyevi, Məhəmməd Əmin Rəsulzadəni və Stalini görə bilər.
Özündə bilinməyən məqamları gizlədən ikinci filmimiz Hüseyn Seyidzadənin quruluş verdiyi "Yenilməz batalyon"dur. 1965-ci ildə çəkilən "Yenilməz batalyon" filmi 1907-ci il Zaqatala hadisələrinə həsr olunub. Ekran əsərində Çar hökuməti tərəfindən Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.
Filmin 15-ci dəqiqəsindən etibarən bir neçə epizodda Hacı Zeynalabdin Tağıyevi görürük. Yusif Yulduzun filmdə canlandırdığı obrazın adı "Hacı"dır. O da Tağıyev kimi mülkədardır. Tağıyevin düşmən elan edildiyi Sovet dövründə ssenarist Qılman İlkin bilərəkdən bu obrazı filmə daxil edib ki, böyük xeyriyyəçinin kimliyi unudulmasın. Gizli mesaj verən üçüncü filmimiz "Böyük dayaq"dır.
Yazıçı Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında Həbib İsmayılovun çəkdiyi "Böyük dayaq" filmi 1962-ci ildə ekranlara çıxıb. Bu film Stalinin ölümündən sonra şəxsiyyətə pərəstişə qarşı çəkilmiş ekran əsəridir. Filmdə Ələsgər Ələkbərovun canlandırdığı "Rüstəm kişi" obrazını Stalinin prototipi hesab etmək olar. Filmin 10-cu dəqiqəsinə diqqətlə baxsaq, Rüstəm kişinin Stalin kimi qəlyan çəkdiyini görə bilərik.
Ətraflı süjetdə:
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI

























.png)












