Art
Nizami Kino Mərkəzində "Bir səfərin izi ilə - Böyük Britaniya" filminin təqdimatı oldu - FOTO
Martın 4-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş "Bir səfərin izi ilə - Böyük Britaniya" sənədli filminin təqdimatı olub.
Publika.az xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib.
Ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları ümummilli lider Heydər Əliyevin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London vǝ Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, ulu öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.
Filmin çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. Bu, ümummilli lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş "Bir səfərin izi ilə" filmlər toplusundan artıq dördüncü filmdir. Birinci film ulu öndərin İtaliya səfərinə, ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.
"Bir səfərin izi ilə" filmlər toplusu ulu öndər Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.
Film milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları"nın (AZAL), "bp-Azərbaycan" şirkəti və "CineMasterCard" kinoteatrlar şəbəkəsinin dəstəyi ilə ərsəyə gəlib.
Bu gönderiyi Instagram'da gör
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
















.jpg)
























.jpg)





