Art
Bethovenin xəstəliyi nə imiş? - SİRR AÇILDI
Alimlər aşkar ediblər ki, Lüdviq van Bethovenin səhhəti qurğuşun zəhərlənməsi səbəbindən pisləşə bilərdi.
Publika.az xəbər verir ki, bu barədə ZDF telekanalı məlumat yayıb.
Bildirilir ki, onun saçlarının analizi metal konsentrasiyalarının standartlardan xeyli yüksək olduğunu göstərib.
Bəstəkar ciddi həzm problemlərindən və karlıqdan əziyyət çəkirdi, lakin onun xəstəliklərinin səbəbləri 200 ildən artıqdır ki, sirr olaraq qalır. Tədqiqatçılar Bethovenin saçının iki orijinal telini kimyəvi analiz üçün azot turşusunda həll edərək araşdırıblar. Nəticələr təsdiqləyib ki, onun bədənindəki qurğuşun səviyyəsi xəstəliklərinin inkişafına səbəb ola bilər.
Tarixçilər qeyd edirlər ki, 19-cu əsrdə qurğuşun gündəlik həyatda və içkilərdə, o cümlədən Bethovenin gündəlik içdiyi ucuz şərablarda geniş istifadə olunurdu. Bu, zəhərli metalın yığılmasına və onun vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Lakin alimlər bəstəkarın karlığına səbəb kimi qurğuşunun olmasına əmin deyillər, çünki eşitmə problemlərinin ilk əlamətləri onun 27 yaşında ikən yaranıb.
Mütəxəssislər hesab edirlər ki, Bethovenin səhhətinin dəqiqi diaqnozunu yalnız onun qalıqlarının eksqumasiyası ilə aydınlaşdırmaq olar, lakin bu, yaxın gələcəkdə mümkün deyil.
Adəm
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı















.jpg)


.jpg)
.jpg)







.jpg)




.jpg)



