Art
UNESCO: "Zəngin artefaktlar münaqişələr zamanı qanunsuz ticarətə və talançılığa məruz qalır"
14-15 mart tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və UNESCO, ICESCO, Türk Mədəniyyət və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun və 30-dan çox aparıcı beynəlxalq mütəxəssisin – arxeoloq, etnoqraf, tarixçi və beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Publika.az xəbər verir ki, konfransda UNESCO adından çıxış edən təşkilatın mədəniyyət sektorunun mədəniyyət və fövqəladə hallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci il Konvensiyasının katibi, xanım Krista Pikkat silahlı münaqişələr zamanı mədəni və tarixi abidələrin qorunması və mədəni mülkiyyətin qeyri-qanuni ticarətinin qarşısının alınması üzrə mövcud Konvensiyalar barədə məlumat verib.
Eyni zamanda xanım K.Pikkat qeyd edib ki, beynəlxalq hüquqda nəzərdə tutulan öhdəliklərə baxmayaraq, təcrübədə münaqişələr zamanı mədəni mülkiyyət, o cümlədən qədim insan məskənləri dağıntılara, qanunsuz qazıntılara məruz qalır, orada tapılan artefaktlar talan edilir və qeyri-qanuni ticarət predmetinə çevrilir.
Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin 30 ilə yaxın davam edən işğalı zamanı 700-dən çox daşınmaz mədəni irs nümunəsi, o cümlədən tarixi, dini və mədəni abidələr dağıdılıb, xalqımızın zəngin irsinin bir hissəsi olan daşınar mədəni mülkiyyəti məhv edilib, yaxud talan olunub. Bununla yanaşı, işğal dövründə 1,5 milyon yaşı olan qədim insan məskənləri – Azıx və Tağlar mağaralarında qeyri-qanuni qazıntılar aparılıb, qədim artefaktlar qaçaqmalçılıq yolu ilə Ermənistana və digər ölkələrə daşınıb.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz














.jpg)
























