Art
Bir qrup sənət adamı təltif edildi - Foto
Mədəniyyət Nazirliyində Xalq artistləri – tarzən Möhlət Müslümov, opera müğənnisi Azər Zeynalov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssam Tahir Məmmədov və şair, folklorşünas, Əməkdar jurnalist Adil Cəmil ilə görüş keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimli Novruz bayramı münasibətilə onlara təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.
Bildirib ki, görüşdə iştirak edən mədəniyyət xadimlərinin hər biri müvafiq sahələr üzrə ölkəmizdə və xaricdə yaxşı tanınır və Azərbaycan mədəniyyətini layiqincə təmsil edirlər.
Nazir Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradıcı insanların əməyinin daim yüksək qiymətləndirildiyini, yüksək dövlət təltiflərinə layiq görüldüklərini deyib.
Adil Kərimli mədəniyyətimizin sayılıb-seçilən imzalarından olan bu insanların fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən də təqdir edildiyini bildirib, onların Fəxri diplomla təltif olunduqlarını diqqətə çatdırıb.
Sonra nazirliyin Fəxri diplomları sahiblərinə təqdim olunub.
Təltif edilən şəxslər fəaliyyətlərinə verilən qiymətə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















