Art
Gəncədə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirildi - Foto
Martın 26-da Gəncə şəhərində Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü (Infoday) keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
"İnfoday" çərçivəsində festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı video təqdimat nümayiş olunub. Tədbirdə iştirak edən uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah edilib.
Görüşdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Həşimova, Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Tağızadə, Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti Novruz Cəfərov və Azərbaycan Respublikasının əməkdar artisti Salamulla İsmayılov da iştirak etdi.
Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr nümayiş olunub. Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















