Art
Məşhur aktyor Mehriban Ələkbərzadənin müdafiəsinə qalxdı
"Akademik Milli Dram Teatrında teatrdan, sənətdən başqa nə söhbət istəyirsən gedir. Mehriban Ələkbərzadə ilə işləmək qismət olmasa da, nə qədər tələbkar olduğunu bilirəm, rejissor isə səhnənin Allahıdır, istədiyini verməli, tələblərinə uyğun gəlməli, ya da yer dəyişməlisiniz".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu aktyor Kamran Ağabalayev Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadə haqqında qeyd edib.
"Teatrın adı çəkiləndə nə sənət xəbəri var, nə resenziya, nə də teatr adına nəsə bir şey. Rejissorun istəyi ilə truppa da dəyişə bilər. Əməkdar və xalq artistləri var ki, 30 ildir səhnəyə çıxmırlar və kimlərinsə yerini tutublar, amma bu problem sayılmır? Aktyor rejissorun tələbinə uyğun gəlmirsə, bu problemə çevrilir? Tamaşaçı kimi Mehriban Ələkbərzadəyə səbr, teatra yeni tamaşalar arzulayıram. Vallah teatrda işləmək kimi nə arzum var, nə də vaxtım var, amma yaxşı tamaşaya baxmağa vaxt taparam",- deyə K.Ağabalayev söyləyib.
Qeyd edək ki, Məsməxanım Ağaverdiyeva bu gün Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin 20 Yanvar şəhidlərinə hörmətsizlik etdiyini iddia edib və bununla bağlı ictimaiyyətə məktub ünvanlayıb.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















